“Stadion dolu olanda, biz də həvəslə oynayırıq”
19.07.2010 - 13:09
“Zədəm tam sağalmayıb. Hələ ağrılar azalıb. Dünən axşamdan komanda ilə birgə məşqlərə başlamışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.
İyulun 22-də Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Portadaun”la qarşılaşacaq “Qarabağ” ötən həftə Şimali İrlandiyada baş tutan oyunda qələbə qazanıb. Səfərdə qazanılan qələbə cavab oyununu müəyyən qədər formallığa çevirib. Ancaq təcrübəli müdafiəçi bununla razılaşmır: “Avropa Liqasında formal xarakter daşıya biləcək oyun olmur. İnşallah, bu oyunda azarkeşlər stadionu dolduracaqlar. Bizim onların dəstəyinə ehtiyacımız var. Çünki stadion dolu olanda, biz də həvəslə oynayırıq”.
Sadıqovdan III təsnifat mərhələsində qarşılaşa biləcəkləri “Visla” haqqında fikirlərini öyrənməyə çalışsaq da, o, cavab oyununu gözləməyi lazım bildi: “Hələ “Portadaun” səddini keçək, sonra “Visla” haqqında danışarıq. Bu oyunlar iki 90 dəqiqədən ibarətdir. Biz hələlik birinci 90 dəqiqəni oynamışıq. Yadınızdadırsa, ötən il “Honka”nı səfərdə 1:0 hesabı ilə məğlub etdikdən sonra hamı mərhələni keçdiyimizi düşünürdü. Ancaq cavab oyunu çox çətin keçdi. Birinci hissədə hər komanda 1 top vurdu. İkinci hissədə biz müdafiə olunmağa çalışdıq. Onların qələbə topunu vurmağa imkanları da oldu. Ona görə də mərhələni adlayaq, sonra fikir bildirərik”.

0
0