UEFA polşalıların “Qarabağ”la görüşünə icazə vermədi
19.07.2010 - 13:20
Ağdamın “Qarabağ” klubunun Şimali İrlandiya təmsilçisi “Portadaun”la oyununun hakimləri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də keçiriləcək görüşü Xorvatiyadan olan hakimlər idarə edəcəklər. Görüşün baş hakimi İqor Pristovnik olacaq. Ona həmyerliləri Sinişa Premuzay, Boşko Vukuşiç və Vlado Svilokos kömək edəcəklər.
Bu oyunun idarə etmək əvvəl polşalı hakimlərə tapşırılmışdı. Lakin Tomaş Mikulsinin başçılıq etdiyi briqadanın ölkəmizə gəlməsinə turnirin III təsnifat mərhələsinin püşkatması mane olub. Belə ki, Polşa təmsilçisi “Visla”nın bu matçda üz-üzə gələn komandaların potensial rəqibi olması təyinatın UEFA tərəfindən dəyişdirilməsi ilə nəticələnib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Portadaun” oyunu saat 21:00-da başlayacaq.
Mənbə: affa.az

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0