Vitali Postranski: “Simurq”a keçidim səhv addım idi
19.07.2010 - 13:45
“Düzünü desəm, bu xatırlamaq istəmədiyim anlardan biridir. “Simurq”a keçmək mənim səhvim idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri hazırda “Tavriya”nın formasını geyinən Vitali Postranski deyib.
Ötən mövsüm “Simurq”la anlaşan və bu komandanın qapısını qoruyan Postranski sonradan Zaqatala təmsilçisinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. Daha doğrusu, Ukraynadan sərfəli təklif alan qapıçı əyalət təmsilçisi ilə müqaviləni qarşılıqlı şəkildə pozmaq qərarına gəldi. Hazırda Ukraynanın “Tavriya” klubunda karyerasını davam etdirən Postranski yerli mətbuata verdiyi müsahibədə vətənini tərk etdiyinə görə çox təəssüfləndiyini bildirib: “Ukraynanı tərk etməməli idim. “Simurq”la müqavilə imzaladıqdan sonra “Tavriya”dan təklif aldım. Ancaq onlar məni buraxmadılar. Şükürlər olsun ki, yenidən buradayam”.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0