“Lex” heyətini gücləndirdi - FOTO
19.07.2010 - 14:02
Çempionlar Liqasının II təsnifat mərhələsində “İnter”in rəqibi olan Polşanın “Lex” komandası heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının xəbərinə görə, Poznan təmsilçisi Vixnyarekdən sonra növbəti transferini reallaşdırıb.
Ötən mövsümü Polşanın digər komandası “Arka Gdnya”da keçirən Joel Tşibamba bundan sonrakı karyerasının “Lex”də davam etdirəcək. Poznan təmsilçisi konqolu hücumçu ilə 2014-cü ilə qədər müqavilə imzalayıb. Klub nümayəndələrindən Marek Pogorzelçski Tşibambanın transferi ilə bağlı fikirləri belə izah edib: “Onun transferini reallaşdırmaq heç də asan olmadı. Futbolçunu satan komanda transferdən pul qazanmaq istəyir, alan tərəf isə ödəmələrdə müəyyən güzəştlər tələb edir. Jeol özünü sübut etmiş futbolçudur. Məşqçimiz onun oyununu bəyənib. Onun böyük potensialı olduğunu düşünürük. İnanırıq ki, bacarığını “Lex”də daha da təkmilləşdirəcək”.
22 yaşlı futbolçu daha əvvəl Hollandiyada “NEK” və “Oss” komandalarının formasını geyinib. Tşibamba “Arka Gdnya”da keçirdiyi 12 oyunda 5 qola imza atıb.
Qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz “İnter” iyulun 21-də səfərdə “Lex”lə cavab qarşılaşmasına çıxacaq.

0
0