Paskal Numa xərçəng imiş
19.07.2010 - 14:14
Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Paskal Numa xərçəng xəstəliyinə düçar olub. Apasport.az saytının məlumatına görə, fransalı hücumçusu artıq 7 ildir bu bəladan əziyyət çəkdiyini bildirib.
38 yaşlı futbol veteranı bütün problemlərini bir ağcaqanadın onu dişləməsi ilə bağlayır: “2003-cü ildə dostumla basketbol oynayırdıq. Birdən ağcaqanad belimdən dişlədi. Həmin yer sürətlə şişib qolf topu boyda oldu. Xəstəxanaya müraciət etdikdə, həmin şişi kəsib atdılar”.
Numanın sözlərinə görə, problemləri bununla bitməyib: “Bir gün xəstəxanaya çağırdılar və xərçəng olduğumu dedilər. Həkimlə sərt danışıb, “Beşiktaş”ın 100 illik yubileyinə kimi sağalmalı olduğumu bildirdim. Səkkiz ay radioterapiya və kemoterapiya kursları keçdim. Sağalmağa tələsdiyim üçün saysız-hesabsız dərmanlarla müalicə olunurdum. Həkim bir daha futbol oynaya bilməyəcəyimi dedi. Müalicə olunduğum vaxtda 20 kiloqram arıqladım”.
Kamerun əsilli futbolçunun bildirib ki, “Beşiktaş” rəhbərliyi onun xəstəliyindən xəbərdar imiş: “Onlar xəstə olduğumu bilirdilər. Kemoterapiya kursu bitəndən 2 gün sonra məşqə çıxdım. Cəmi 5 dəqiqə qaça bildim. Özümü ümidləndirirdim ki, sabah 6, biri gün 7 dəqiqə qaçaram. Lakin hər dəqiqə mənə bir oyun qədər uzun və ağır gəlirdi. Valideynlərim, hətta uşaqlarım da xəstə olduğumu bilmirdi. Lakin indi futbol oynamadığım vaxtda həqiqəti etiraf etməliyəm. Mən hər 3 aydan bir test verirəm. Həkimim isə mənin əzmkarlığıma heyran olub. Çünki müalicəmin 7-ci ayında Kiyev “Dinamo”suna tarixi bir qol vurmağı bacarmışdım”.
Qeyd edək ki, Numa “Beşiktaş“da oynadığı 2000/01 və 2002/03 mövsümlərində keçirdiyi 60 oyunda 38 qol vurub.

0
0