“Onu milli komandanın toplanışına çağıracağıq”
19.07.2010 - 14:23
“Şəkidəki təşkilati işlərdən çox razı qaldım. Seleksiyada iştirak edən 41 qızdan 1-i diqqətimizi daha çox cəlb etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.
Almaniyalı mütəxəssis Şəkidə aparılan seleksiya işlərindən razı qaldığını açıqlayıb: “Həmin qızı təlim-məşq toplanışına dəvət edəcəyik. Diqqətimi əsasən 1995, 1996 və 1997-ci il təvəllüdlü qızlara ayırmışam. Ümumiyyətlə, digər məşqçilərin də fikirlərini nəzərə alaraq seleksiya barədə qiymətləndirməni sonradan aparacağıq”.
Qeyd edək ki, Rayt Azərbaycanın müxtəlif bölgələrində olaraq yığma üçün perspektivli qızlar axtarır.
Mənbə: affa.az

0
0