Kovalyov “Gəncə”nin məşqlərinə qatıldı
19.07.2010 - 14:56
Yeni mövsümdə Unibank Premyer Liqasında mübarizə aparacaq “Gəncə” heyətini komplektləşdirməyə çalışır. Apasport.az saytının xəbərinə görə, bir neçə futbolçunu baxışa dəvət edən əyalət təmsilçisinin düşərgəsinə dünən daha bir oyunçu qoşulub.
Söhbət ukraynalı Vladimir Kovalyovdan gedir. Ampluası yarımmüdafiəçi olan Kovalyov haqqında qərar yaxın günlərdə veriləcək. Yerli futbolçulardan isə Samir Zərgərov baş məşqçi Fuad İsmayılovun etimadını qazanmağa çalışır.
Bu arada hələ yoxlama oyunu keçirməyi planlaşdırmayan “Gəncə” Türkiyəyə deyil, Gürcüstana gedəcək. Səfərin tarixi hələ dəqiqləşdirilməsə də, Fuad İsmayılov yoxlama oyunları keçirmək üçün bunun vacibliyini bildirib.

0
0