“Qarabağ” üçün bədən tərbiyəsi müəllimi
19.07.2010 - 15:11
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununu idarə edəcək İqor Pristovnikin kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, xorvatiyalı FİFA hakimi yalnız bu ildən beynəlxalq dərəcə alıb. Bu üzdən də 35 yaşlı ədalət təmsilçisinin beynəlxalq arenada o qədər də böyük təcrübəsi böyük deyil.
İyulun 22-də keçiriləcək “Qarabağ” – “Portadaun” (Şimali İrlandiya) matçında fit çalacaq Pristovnik indiyədək cəmi 1 beynəlxalq oyunun iştirakçısı olub. Bu da cari mövsümün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutub. Xorvatiyalı iyulun 1-də keçirilən “Laçi” (Albaniya) – “Dnepr” (Belarus) matçını idarə edib. Həmin görüş 1:1 hesabı ilə başa çatıb.
Pristovnik vətənində müəllimliklə məşğuldur. O, doğma Zaqreb şəhərində bədən tərbiyəsi müəllimi vəzifəsində çalışır.

0
0