“AZAL-ın şərtləri fantastik olduğundan, müqavilə imzaladım”
19.07.2010 - 15:51
“Mənə təklif edilən şərtlər fantastik idi. Bu səbəbdən də AZAL-la müqavilə bağlamağa razılıq verdim”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Bakının AZAL klubu ilə müqavilə bağladığını iddia edən makedoniyalı futbolçu Robert Petrov deyib.
Yeni mövsümə Türkiyədə hazırlaşan bakılılar heyətini gücləndirməyə çalışır. Paytaxt təmsilçisi litvalı futbolçular – müdafiəçi Marius Kazlauskas və hücumçu Qvidas Yuşkanın ardınca daha bir legionerlə müqavilə imzalayıb. Belə ki, bir müddət əvvəl “təyyarəçilər”in düşərgəsinə baxışa gələn 32 yaşlı Petrov sol cinah müdafiəçisi mövqeyində oynayır: “Heyətdə serbiyalı futbolçular çoxdur. Məşqlərdə olduğum 2 gün ərzində başa düşdüm ki, yerli futbolçular da səviyyəlidirlər”.
Qeyd edək ki, karyerasının son illəri Bolqarıstanla bağlı olan Petrov ötən mövsümü Sofiyanın “Slaviya” klubunda (31 oyun) keçirib. Makedoniyanın “Pobeda” klubu ölkə Superkuboku (2002), Plovdiv “Lokomotiv”i ilə Bolqarıstan çempionluğu (2004), Sofiya MOİK-i Superkuboku (2006) qazanan Robert yığmada 33 oyunda 1 qol vurub.

0
0