Türk klubunun AZAL-la oynamasının səbəbi məlum oldu
19.07.2010 - 16:19
Türk klubunun AZAL-la oynamasının səbəbi məlum oldu
“Zəif komandalarla qarşılaşıb, özümüzü aldatmağın heç bir mənası yoxdur. Buna görə də Azərbaycanın AZAL klubu kimi güclü rəqiblə oyunda qüvvəmizi sınadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin aşağı dəstə təmsilçisi “Mersin İdman Yurdu”nun baş məşqçisi Yüksəl Yeşilova deyib.

Bakının AZAL klubu ilə yoxlama oyunu keçirən türkiyəlilərin çalışdırıcısı Nazim Süleymanovun yetirmələrinə qarşı yoxlama görüşündən razı qalıb. Rumıniyalı mütəxəssis Azərbaycan milli komandasının sabiq oyunçuları İlqar Qurbanov və Ernani Pereyra da daxil olmaqla, yetirmələrindən məmnundur: “Güclü rəqiblərlə oynayıb nəyə qadir olduğumuzu görmək istəyirdim. Futbolçularımız çox yaxşı mübarizə apardılar. Komandanın indiki durumundan çox məmnunam. Düzdür, oyunçular arasında anlaşmanın ideal olmamağını gördük. Lakin bu, yəni komanda qurmağımızla bağlıdır. Bunun da həlli üçün zamana ehtiyacımız var. Ümumilikdə isə qaçan, mübarizə aparan, qələbə üçün canını qoyan kollektiv yarada bilmişik”.

Qeyd edək ki, ötən ilin iyununda Yeşilovanin adı Bakının “Neftçi” klubu ilə hallanırdı.