Hakimi boğmaq istəyən futbolçu danışdı
19.07.2010 - 16:34
Hakimi boğmaq istəyən futbolçu danışdı
Çili çempionatında baş hakimi boğmaq istəyən paraqvaylı futbolçu Xose Pedroso karyerasını bitirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, ölkənin II divizion təmsilçisi “Reyncers” klubunda çıxış edən legioner “Deportes Sonsepsyon”la oyunu idarə edən referinin ona iki sarı vərəqə göstərərək meydandan qovmasına sərt formada cavab verib, hirsi soyuduqdan sonra baş verənləri şərh edib.

Maraqlıdır ki, çıxışını davam etdirməyi lazım bilməyən Xose etdiklərinə görə peşman olmadığını bildirib: “Mən təəssüflənmirəm... Başa düşürəm ki, cəzalanacağam və ya “Reyncers”, yaxud digər komandada oynamayacağam. Mən futboldan gedib, Paraqvayda ailəmin əhatəsində yaşamağa üstünlük verirəm”.