“Manu” Azərbaycan çempionu ilə oyuna tam hazırdır
19.07.2010 - 16:55
“Manu” Azərbaycan çempionu ilə oyuna tam hazırdır
“Lex” klubunun legioneri Manuel Arboleda Çempionlar Liqasının II təsnifat mərhələsində “İnter”lə cavab görüşünü səbirsizliklə gözləyir. Apasport.az saytının məlumatına görə, kolumbiyalı müdafiəçi ötən həftə Bakıdakı oyun öncəsi son məşqdə əzələsini dartdığı üçün meydana çıxa bilməmişdi. “Manu” ləqəbli futbolçuya zədəsini sağaltmaq üçün bir neçə gün kifayət olub: “İnter”lə ev oyununa tam hazıram. Artıq tam gücümlə komandamın məşqində iştirak edirəm. “İnter” həftə içi oyunda məşqçilər xidmətindən istifadə edə bilər. Lazım olsam, iyulun 21-də meydana çıxa bilərəm”.

Qeyd edək ki, Arboleda iki il öncə Avroliqanın I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la hər iki oyunda forma geyib.