“Visla” “Kayzerslautern”dən futbolçu aldı
19.07.2010 - 17:26
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələdəki potensial rəqibi Polşanın “Visla” klubu heyətini gücləndirib. Apasport.az saytının xəbərinə görə, Krakov təmsilçisi ötən mövsümü Almaniyanın “Kayzerslautern” komandasında keçirmiş 27 yaşlı hücumçu Draqan Palyiçi transfer edib.
Bu gün serbiyalı əsilli hücumçunun təqdimat mərasimi keçirilib. İkili vətəndaşlığı olan Palyiç mətbuat konfransında fikirlərini bildirib. O jurnalistlərlə söhbətində 4-4-2 və 4-3-3 taktiki sxemində oynamağın daha rahat olduğunu qeyd edib: “Ötən mövsüm həm yarımmüdafiənin sağında, həm də solunda oynadım. Sol ayağımla daha yaxşı oynayıram. Yaxın gələcəkdə hamı mənim oyunumdan danışacaq. “Visla”nın həmişə qələbə qazanmaq üçün mübarizə apardığını bilirəm. Əlbəttə, çempion olmaq çox çətin olacaq. Ümid edirəm, növbəti həftədən yeni komandamda oynamaq imkanı əldə edəcəyəm. Əlbəttə, IV günü oynamasam belə, hazır formada olacağam”.

0
0