“Xəzər-Lənkəran”da yeni məşqçi
19.07.2010 - 17:43
“Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednikin köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis bu gün Bakıda keçirdiyi mətbuat konfransında əsas köməkçisinin həmyerlisinin olacağını bildirib: “Köməkçilərimdən biri Mihay Teşa olacaq. Fiziki hazırlıq üzrə məşqçidir. “Styaua”da çalışıb, İtaliyada seminar keçib, PRO kateqoriyasına malikdir. Digər köməkçim olan Hafiz Əliyev qapıçılarla çalışacaq”.
Qeyd edək ki, uzun müddətdir “Xəzər-Lənkəran”da qapıçılarla işləyən məşqçi olan Hafiz Əliyevə sabiq çalışdırıcı Ağasəlim Mircavadovun istefa verməsindən sonra komandaya müvəqqəti rəhbərlik etmək tapşırılmışdı.

0
0