Kamran Ağayev: Azarkeşlər bizdən inciyiblər - MÜSAHİBƏ
19.07.2010 - 23:04
“Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- Komandanıza yeni baş məşqçi təyin olunub. İlk təəssüratlarınızı bilmək maraqlı olardı.
- Yaxşı hazırlaşmağa çalışacağıq. Olan olub, keçən keçib. İrəli baxmaq lazımdır. Çalışacağıq ki, yaxşı nəticə qazanıb, yenidən azarkeşlərin könlünü alaq.
- Baş məşqçinin ölkə xaricindən dəvət olunacağını gözləyirdinizmi?
- Sözün düzü, bu haqda düşünməmişəm. Yerli və ya əcnəbi, fərqi yoxdur. Əsas olan yaxşı nəticə qazanmaqdır. İndi bütün diqqətimizi yönəldib, komandanın əvvəlki imicini geri qaytarmalıyıq. Azarkeşlərimizin rəğbətini qazanmaq, onları yenidən stadiona qaytarmaq vacibdir.
- Necə fikirləşirsiniz, rumıniyalı Mirça Rednik “Xəzər-Lənkəran”a uğur qazandıra biləcəkmi?
- Baş məşqçinin haralı olmasının fərqi yoxdur. Əsas olan odur ki, savadlı, təcrübəli olsun, komandaya uğur qazandırsın.
- Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Olimpiya” səddini keçə bilmədikdən sonra, ötən həftə Lənkəranda ilk məşqinizi keçirdiniz. Azarkeşlərin münasibəti necə idi?
- Demək olar, məşqimizi izləməyə gəlmədilər. Hiss olunur ki, bizdən inciyiblər.
- Bəs futbolçular necə, həmin oyunun psixoloji gərginliyini ata biliblərmi?
- Hazırda komanda ilə birgə məşq etmirəm. Zədəm var, müalicə prosesi keçirəm.
- Zədəniz ciddidirmi?
- Bu suala həkim düzgün cavab verə bilər.
- Çempionatın startına təxminən 2 həftə vaxt qalıb. Yeni baş məşqçi komandanı lazımınca hazırlaya biləcəkmi?
- Onun hazırlıq planı var. Qərarı o verir, biz isə verilən qərarları icra edirik.

0
0