Mourinyo din xadimləri ilə gizli görüş keçirib
19.07.2010 - 18:05
Mourinyo din xadimləri ilə gizli görüş keçirib
“Real”ın yeni baş məşqçisi Joze Mourinyo işə başlamazdan öncə Keniyada din xadimlərlə görüşüb. Apasport.az saytının məlumatına görə, dahi mütəxəssis bu adamlarla görüşündə uğurlu çıxış üçün yardım istəyib.

Maraqlıdır ki, Mourinyo din xadimləri gizli görüşüb. Bunu görüşdən sonra keniyalı Mzee Maxhub da təsdiqləyib. “Onunla 1 nəfər vasitəsi ilə gizli yerdə görüşdük. Yeni işində gözəl çıxışına yardımçı olmamızı istədi” – deyə Maxhub bildirib.

Din adamının sözlərinə görə, Mourinyo “Real”da işinin çətin olacağından şikayətlənib: “Bizə dedi ki, ağır yükün altına girdiyini başa düşür. İspaniyada işləri çətin olacağı üçün dua etməyimizi xahiş etdi”.

Qeyd edək ki, Madrid klubuna yeni baş məşqçi təyin edilən Mourinyo Keniyada 3 həftə istirahət edib.