“Liverpul” ilk bombasını partlatdı
20.07.2010 - 09:49
“Liverpul” ilk bombasını partlatdı
“Liverpul” ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Çelsi” ilə müqaviləsi başa çatan Co Koul növbəti mövsümdən “qırmızılar”ın şərəfini qoruyacaq. İngiltərə yığmasında da forma geyinən futbolçu “Liverpul”la 4 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Rafael Benitesin komandadan qovulmasından sonra baş məşqçi postu Roy Hocsona həvalə edilib.