“İstədiyimiz oyunu göstərib, növbəti mərhələyə yüksəlməliyik”
20.07.2010 - 10:00
“Bir neçə ölkədən də təklif almışdım. Lakin “Bakı”nı seçdiyimə görə çox şadam. Burada gördüklərimdən yaxşı mənada təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın yeni transferlərindən olan İbrahim Kargbo deyib.
Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda “Buduçnost”a qarşı keçirilən matçda özünü yaxşı tərəfdən göstərən afrikalı futbolçu bildirib ki, Azərbaycanda olduğu üçün xoşbəxtdir: “İlk qarşılaşmada qələbə qazansaq da, cavab matçında da uğurlu oyun sərgiləməyik. İstədiyimiz oyunu göstərib, növbəti mərhələyə yüksəlməliyik. Burada uzun illər çıxış edib, “Bakı” klubu ilə birgə böyük uğurlara imza atmaq arzusundayam. İnanıram ki, istəyim həyata keçəcək”.
Qeyd edək ki, “Bakı” və “Buduçnost” arasında cavab oyunu iyulun 22-də Çernoqoriyada keçiriləcək.
Mənbə: fcbaku.com

0
0