“Visla” “River Pleyt”in hücumçusuna göz dikib
20.07.2010 - 10:47
Avropa Liqasında “Qarabağ”ın III təsnifat mərhələsində potensial rəqibi “Visla” “River Pleyt”in futbolçusu Andres Roisa göz dikib. Apasport.az-ın məlumatına görə, Polşa təmsilçisi 21 yaşlı hücumçunun transferini yekunlaşdırmaq üzrədir.
“Visla” gənc hücumçu ilə danışıqlara başlayıb. Hətta onun tibbi müayinədən keçdiyi bildirilir. Klub rəsmisi Yakub Yarosz jurnalistlərlə söhbətində Roisin transferinə münasibət bildirib: “Bəli, Andres Roisin transferində maraqlıyıq. Danışıqlarımız davam edir. Rois tibb müayinədən keçib və səhhətində heç bir problem yoxdur. Ümid edirəm həftəsonunadək bu məsələ öz həllini tapacaq”.
Qeyd edək ki, 21 yaşlı futbolçu Bones Ayresdə anadan olub. 17 nömrəli futbolkada çıxış edən gənc hücumçu “River Pleyt”in heyətində 37 oyunda 4 qola imza atıb. 2007-ci ildən paytaxt klubunun şərəfini qoruyan Rois Argentinanın U-20 komandasının üzvüdür.

0
0