Toni Adamsın debütü Lənkəranda olacaq!
20.07.2010 - 16:25
Bu gün Unibank Premyer Liqasının püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə klublarımız birinci mərhələnin 22 turundakı rəqiblərinin ardıcıllığını və tarixlərini biliblər.
Tədbirdə Peşəkar Futbol Liqasının rəhbərliyi yarışın keçirilmə qaydaları və bu mövsüm tətbiq olunacaq yeniliklər barəsində ətraflı məlumat verib.
Artıq ilk turda qarşılaşacaq cütlər də müəyyənləşib.
Bu oyunlar avqustun 7-8-də keçiriləcək.
“Turan” (Tovuz) - “İnter” (Bakı)
“Bakı” (Bakı) - AZAL (Bakı)
“Gəncə” (Gəncə) - “Simurq” (Zaqatala)
MOİK (Bakı) - “Mugan” (Salyan)
“Xəzər-Lənkəran” (Lənkəran) - “Qəbələ” (Qəbələ)
“Neftçi” (Bakı) - “Qarabağ” (Ağdam)
Ötən mövsüm ilk “altılıq”da qərarlaşan komandalardan dördü artıq ilk turda üz-üzə gələcək. Bütün çempionatların iştirakçısı olan “Neftçi” və “Qarabağ” öz aralarındakı növbəti qarşılaşmaya çıxacaqlar. Lənkəranda isə iki əcnəbi mütəxəssis rəsmən Azərbaycanda debüt edəcək. Rumıniyalı Mirça Rednik və ingiltərəli Toni Adamsın müvafiq olaraq rəhbərlik etdiyi “Xəzər-Lənkəran”la “Qəbələ” münasibətlərini ayırd edəcəklər.

0
0