Azərbaycan yığması “Real”la qarşılaşacaq
20.07.2010 - 12:34
Azərbaycan yığması “Real”la qarşılaşacaq
Təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının növbəti yoxlama oyunun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun rəhbərlik etdiyi milli iyulun 22-də Bakının “Real” klubu ilə qüvvəsini sınayacaq.

Oyun saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, hazırlıq çərçivəsində U-17 ilk görüşündə “Bakı”nın əvəzedici komandası ilə oynayıb və 1:4 hesabı ilə uduzub.

Mənbə: affa.az