Mübariz Mənsimov klubun televiziya kanalını açdırır
20.07.2010 - 12:40
Mübariz Mənsimov klubun televiziya kanalını açdırır
Türkiyənin məşhur “Beşiktaş” klubuna məxsus eyni adlı televiziya kanalı yenidən fəaliyyətə başlaya bilər. Apasport.az saytının məlumatına görə, bir müddətdir qapalı qalan “Beşiktaş TV” yenidən yayımlanmağa hazırlaşır.

Türkiyəli həmkarlarımızın iddiasına əsasən, bu azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi sayəsində mümkün olacaq. İstanbul təmsilçisinin azarkeşi olan “Xəzər-Lənkəran”ın fəxri-prezidenti bu işdə türkiyəlilərə kömək etməyə çalışır.

Qeyd edək ki, Türkiyə mətbuatı dəfələrlə Mənsimovun adını klubun transferləri ilə bağlayıb. Lakin əksər hallarda həmyerlimiz bunu təkzib edib.