Vinfred Şafer: Mənim üçün futbolçunun adının heç bir əhəmiyyəti yoxdur
20.07.2010 - 12:55
“Kim hazır formadadırsa, ona da şans verirəm. Mənim üçün futbolçunun adının heç bir əhəmiyyəti yoxdur. Eyni sözləri yerli futbolçular üçün də deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Ölkəmizi Avropa Liqasında təmsil edən paytaxt təmsilçisi ilk görüşdə doğma meydanda Çernoqoriyanın “Buduçnost” komandasını 2:1 hesabı ilə məğlub etdi. İyulun 22-də cavab görüşünə çıxacaq Şaferin yetirmələri bu gün səfərə çıxıb. Almaniyalı baş məşqçi heyətlə bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirib: “Almaniyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində yerli futbolçulara şans verdim. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, heyətdə yer alacaq. Konkret Bəxtiyar Soltanovun ehtiyatda qalmasına gəlincə, o gənc və perspektivli oyunçudur. Hələ öz üzərində çox çalışmalıdır”.

0
0