“İnter” məğlubiyyət seriyasına son qoya biləcəkmi?
20.07.2010 - 13:26
“İnter” məğlubiyyət seriyasına son qoya biləcəkmi?
Bu gün keçiriləcək 6 qarşılaşma ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “İnter” meydana sabah çıxacaq. Polşada “Lex”in qonağı olacaq bakılılar üçün bu qarşılaşma cari mövsüm avrokuboklarda sonuncu ola bilər. Öz meydanında poznanlılara 0:1 hesabı ilə məğlub olan Kaxaber Sxadadzenin yetirmələri mübarizəni dayandırmamaq üçün mütləq qalib gəlməlidir.

Avrokuboklarda keçirdiyi son 4 oyunun hamısında məğlub olan “İnter” bu uğursuz seriyanı dayandırmağa çalışacaq. 2008/09 mövsümündə Çempionlar Liqasındakı son görüşündə Serbiyada “Partizan”a 0:2 hesabı ilə uduzan təmsilçimiz ötən il də məğlubiyyətləri sıralamışdı. Slovakiyanın zəif “Spartak” klubuna 1:2 və 1:3 hesabları ilə uduzan Sxadadzenin yetirmələri bu il də “Lex” qarşısında aciz qalmışdı.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu


23:00. “Lex” (Polşa) – “İnter” (Azərbycan)

Baş hakim: Miodraq Maziç (Serbiya)
Poznan. “Miejski” stadionu
İlk oyun – 1:0