“Bakı” Polşa yığmasının hücumçusunu gətirir!
20.07.2010 - 13:38
“Bakı” Polşa yığmasının hücumçusunu gətirir!
Baş məşqçi postuna Vinfred Şaferi gətirdikdən sonra adlı-sanlı legionerləri heyətinə qatan “Bakı” daha bir tanınmış futbolçunu transfer etmək üzrədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Polşa yığmasının futbolçusu Bartolomey Qrjelakla danışıqlar aparır.

Son klubu “Legiya” olan 29 yaşlı hücumçu 3 ildir bu komandanın şərfini qoruyur. Bundan başqa, LKS və “Vidzev” kimi tanınan komandalarda da oynamış Qrjelak Polşa milli komandasında keçirdiyi 4 oyunda 2 qol vurub.

Polşa mətbuatının yazdığına görə, hücumçu “Bakı”nın cəlbedici təklifindən imtina edə bilmir. Həmkarlarımız hələ düşünməkdə olan Qrjelaka ayda 50 min avro təklif olunduğunu iddia edir.