Rəşad Sadiqov: Biz növbəti mərhələ haqda düşünmürük
20.07.2010 - 14:03
“Portadaun” elə bir komandadır ki, sırf Britaniya futbolu oynayır. “Skonto” ilə evdə keçirdikləri oyunda çox zəif təsir bağışlamışdılar. Səfərdən sərfəli nəticə ilə qayıdan “Skonto” bizimlə keçirəcəyi görüş barədə düşünürdü. Ancaq “Portadaun” cavab görüşündə çox güclü oynadı. Həmin matçın lent yazısına baxmışıq. Oyun boyu pressinq tətbiq etdilər, “Skonto”nun müdafiədən çıxmasına imkan vermədilər. 1 qol vurub minimal hesablı qələbə qazandılar. Ehtiyatlanırıq ki, bizə də eyni aqibəti yaşadarlar. Sayıqlığı əldən verməməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.
İyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya təmsilçisi “Portadaun”la cavab görüşünə çıxacaq Qurban Qurbanovun yetirmələri oyuna ciddi yanaşırlar. Səfərdən 2:1 hesablı qələbə ilə dönən “Qarabağ” ehtiyatı əldən vermək niyyətində deyil. Milli komandamızın da üzvü olan Rəşad Sadiqov “Portadaun”la qarşılaşmanın çətin keçəcəyini və növbəti mərhələ haqda fikirləşmədiklərini bildirib: “Bizi çətin sınaq gözləyir. Növbəti mərhələ haqda düşünmürük. Bu mərhələni keçdikdən sonra “Visla” haqda danışmaq olar. Mərhələ adalmadan, nəsə deməyin mənası yoxdur. Əsas məqsədimiz ötən ilki nəticəmizi daha da yaxşılaşdırmaqdır. Qismətimiz nədirsə, o da olacaq”.
Oyunlara marağın azalması 27 yaşlı yarımmüdafiəçini narahat edən məsələlərdən biridir. O, azarkeşlərə səslənərək, tribunaları doldurmalarını xahiş edib: “Bilmirəm nədəndir, sanki azarkeşlər Azərbaycan futbolundan küskün idi. İlk oyunda – “Metallurq”la görüşdə stadion tam dolmamışdı. Bilmirəm, bu inamsızlıqla bağlı idi ya da küskünlüklə... İnanıram ki, qarşıdakı oyunlarda tribunaları tam dolduracaqlar”.

0
0