Yenə 21 iyul, yenə Çempionlar Liqası, yenə cavab oyunu
20.07.2010 - 14:39
Bakının “İnter” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu keçirəcəyi tarix Azərbaycan komandaları üçün uğurlu gündür. Apasport.az saytının məlumatına görə, Polşanın “Lex” komandası ilə səfər matçı iyulun 21-nə təsadüf edəcək ki, bakılılar da həmin gün xoş ənənəni davam etdirməlidir. Belə ki, iyulun 21-də avrokubok matçına çıxan bütün Azərbaycan klubları istisnasız olaraq qələbə qazanıblar.
1999/2000 mövsümündə Çempionlar Liqasında Makedoniyanın “Sloqa Yuqomaqnat” klubu ilə görüşən “Kəpəz” tarixində birinci və sonuncu dəfə avrokubok oyununda qalib gəldi. Düzdür, həmin tarixi qələbə (2:1) mərhələ keçməyə təsadüf etmədi.
2004/05 mövsümündə Çempionlar Liqasında çıxış edən “Neftçi” Bosniya və Herseqovina təmsilçisi “Şiroki Briyeq”i qəbul edirdi. Səfərdə 1:2 hesabı ilə uduzan təmsilçimiz Bakıdakı 1:0-lıq qələbə sayəsində növbəti mərhələyə adlamağı bacardı.
Ötən mövsüm 21 iyul tarixi yenə Azərbaycan çempionuna qələbə gətirdi. Çempionlar Liqasında ölkəmizi təmsil edən “Bakı” Litvadakı heç-heçədən (2:2) sonra “Ekranas”ın “dərsini” paytaxtda verməyi bacardı – 4:2.
Bir sözlə, 16 illik avrokuboklar tariximizdə 3 dəfə iyulun 21-də gözlərimiz komandamıza yönəlib. Hər dəfə də Çempionlar Liqasındakı cavab oyununda təmsilçimiz qələbə qazanıb. Yenə 21 iyul, yenə eyni turnir, yenə cavab oyunu... Lakin bu dəfə səfərdə. Görəsən, “İnter”, “Kəpəz”, “Neftçi” və “Bakı”nın açdığı cığırla yeriyə biləcəkmi?
Vüqar XEYRULLAYEV

0
0