Əvvəl “Tuluza”da, indi “Xəzər-Lənkəran”da
20.07.2010 - 15:11
Mirça Rednik baş məşqçisi olduğu “Xəzər-Lənkəran”da görmək istədiyi futbolçulardan daha birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, rumıniyalı həmkarlarımız 48 yaşlı mütəxəssisin Osman N’Doyeni Azərbaycana gətirmək istədiyini iddia edir. Onların fikrincə, həmyerliləri olan Rednik Rumıniyadan yaxşı tanıdığı 32 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Yeddi ildir Seneqal yığmasında forma geyinən Osman 2004 və 2008-ci illərdə Afrika Millətlər Kubokunun final mərhələsində çıxış edib. Milli komandasında 27 matçda 1 qol vuran yarımmüdafiəçi 2002-ci ildən Avropada top qovur. Fransada “Tuluza”, “Loryan”, Portuqaliyada “Eştoril”, “Akademika”, Rumıniyada “Vaslui” və “Dinamo”nun şərəfini qoruyub. Müdafiəyə meylli orta sahə futbolçusu əvvəllər ölkəmizə də gəlib.
Belə ki, Osman 2008-ci ilin İntertoto kubokunda “Vaslui”nin “Neftçi” ilə hər iki qarşılaşmasında meydana çıxıb. O, həm Bakı, həm də Rumıniyadakı görüşdə start heyətində olub.

0
0