“Bizi Bakıdakı görüşün nəticəsi maraqlandırmır” - FOTO
20.07.2010 - 15:46
“Bizi Bakıdakı görüşün nəticəsi maraqlandırmır” - FOTO
“Elə bir məşqçi tapmaq olmaz ki, səfərdəki 1:0 hesablı qələbədən sonra tam arxayınlaşsın. Lakin həmin nəticə gələcəyə nikbin baxmağa əsas verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Yatsek Zelinski deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində matçla bağlı fikirlərini açıqlayan Polşa çempionunun çalışdırıcısı Bakının “İnter” klubunu bu dəfə də məğlub edəcəklərinə ümid edir: “İlk oyunun nəticəsi bizə rahat hazırlaşmaq imkanı verir. Sabahkı matçda biz təkcə qələbə qazanmaq yox, həm də gözəl oyun göstərmək niyyətindəyik. Futbolçularımdan oyuna tam köklənməyi tələb edəcəyəm. Mübarizə hələ bitməyib. İlk görüşün nəticəsi bizi maraqlandırmır. Biz meydana hesabın 0:0 olduğunu düşünərək, çıxacağıq”.

Qeyd edək ki, “Lex” – “İnter” oyunu sabah keçiriləcək.