Bernar Şallande: Emil Mpenza Azərbaycandan ciddi təklif alıb
20.07.2010 - 16:15
Belçika milli komandasının futbolçusu Emil Mpenza karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Syon” klubunun heyətində İsveçrə çempionatının ən yaxşı bombardiri olan 32 yaşlı hücumçu ölkəmizdən aldığı təklifi müsbət dəyərləndirmək qərarına gəlib.
Mpenzanın çıxış etdiyi klubun baş məşqçisi Bernar Şallande futbolçunun gedişi ilə barışdıqlarını bildirib: “Mpenzaya Azərbaycandan təklif ciddi təklif gəlib. O komandanı tərk etsə də, ciddi problem olmayacaq. Çünki mən əsasən gənclərlə işləyəcəyəm”.
Qeyd edək ki, Mpenza Belçika yığmasının heyətində 57 oyun keçirib və 19 qol vurub. Azərbaycana qarşı da oynamış hücumçu “Şalke-04”, “Hamburq” və “Mançester Siti” kimi klubların şərəfini qoruyub.

0
0