İki avro ver, “Bakı”ya bax!
20.07.2010 - 16:50
İki avro ver, “Bakı”ya bax!
Azərbaycan kubokunun qalibi “Bakı” klubunun Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsindəki qarşılaşmasının biletləri hələ də satışa çıxarılmayıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizlə qarşılaşacaq Çernoqoriyanın “Buduçnost” klubu görüşün biletlərinin kassalarda yalnız sabah peyda olmasını lazım bilib. Satışa çıxarılacaq biletlərin qiymətləri də açıqlanıb. Matçı qərb tribunasından izləmək istəyənlər 4, cənub tribunasındakılar isə 2 avro ödəməli olacaq.