Ramin Musayev: Milli komandaya görə oyunlar təxirə salınmayacaq
20.07.2010 - 17:08
“Avropa kuboklarında çıxış klubların oyunları təxirə salına bilər”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Bu gün keçirilən Unibank Premyer Liqasının püşkatma mərasimində Musayev bildirib ki, qitə miqyaslı yarışlardan fərqli, yığmaya görə Azərbaycan çempionatında heç bir oyun başqa tarixə keçirilməyəcək: “Milli komandaya görə oyunlar təxirə salınmayacaq. Çünki təqvim yığmanın baş məşqçisi Berti Foqtsla razılaşdırılıb”.
Qeyd edək ki, Avropa kuboklarına 4 komanda ilə qatılan Azərbaycan klublarından yalnız “Xəzər-Lənkəran” mübarizəni dayandırıb.

0
0