Türkiyə Superliqasında özbək hakim?
20.07.2010 - 17:47
Türkiyə Superliqasında özbək hakim?
Dünya çempionatında idarəçiliyi ilə diqqətləri cəlb edən Rövşən İrmatov ölkəsində jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, özbəkistanlı ədalət təmsilçisi Türkiyə Superliqasının oyunlarını idarə edə biləcəyini deyib.

O, jurnalistlərin Superliqa oyunlarını idarə edə bilərsinizmi sualını bu cür cavab verib: “Türkiyə Futbol Federasiyası ilə Özbəkistan Futbol Federasiyası arasında belə razılıq əldə olunarsa, Superliqa oyunlarını idarə etməyə hazıram. Artıq müasir futbolda tez-tez belə hallara rast gəlmək mümkündür”.