“İnter” “Lex”ə penaltilərdə uduzdu
22.07.2010 - 01:00
“İnter” “Lex”ə penaltilərdə uduzdu
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turnirdəki təmsilçimiz “İnter” mübarizəni dayandırıb. Son Azərbaycan çempionu Polşada “Lex”lə cavab qarşılaşmasında 1:0 hesablı qələbə qazansa da, turnirdən kənarda qalıb.

Komandamızın heyətində qolu matçın sonlarında Poşkusun yerinə meydana çıxan Karlsons vurub. Bu, Azərbaycan klublarının Polşada qazandığı ilk qələbə olub.

Amma Bakıdakı ilk matçda poznanlılar eyni hesablı qələbəyə sevindiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət daha iki hissə oynanılıb. Burada qapılara top vurulmadığından oyun sonrası penaltilərdən istifadə olunub.

Təəssüf ki, Azərbaycan çempionunun “lotereya”da bəxti gətirməyib. Meydan sahibləri daha dəqiq olmaqla, 9:8 hesablı qələbə qazanıblar.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu


23:00. “LEX” (POLŞA) – “İNTER” (AZƏRBAYCAN) - 0:1 9:8 - penaltilərlə
QOL: Girts Karlsons, 84
Baş hakim: Miodraq Maziç (Serbiya)
Poznan. “Miejski” stadionu
İlk oyun – 1:0

“LEX”: Kjiştof Kotorovski, Severin Qansarik, İvan Curceviç, Manuel Arboleda, Sergey Krives, Semir Ştiliç, Slavomir Peşko, Artur Vixnyarek, Bartoş Bosatski (k), Dimitrie İnyaç, Qjeqoj Voytkovyak.

“İNTER”: Georgi Lomaya, Danildo Assioli, Nizami Hacıyev (Dmitri Kruqlov, 46), Aleksandr Çertoqanov, Bronislav Çervenka, Petar Zlatinov, Vladimir Levin (k), İlya Kandelaki, David Odikadze, Robertas Poşkus (Girts Karlsons, 81), Kaxa Mjavanadze (Arif Daşdəmirov, 71)