“Bakı” Çempionlar Liqasının qalibini istəyir
21.07.2010 - 13:37
İspaniyanın “Real” klubunun sabiq futbolçusu Julio Sezar Santos Korrea karyerasını “Bakı” klubunda davam etdirə bilər.
Paytaxt təmsilçisinin baş məşqçisi Vinfred Şaferin apasport.az saytına verdiyi məlumata görə, bakılılar 32 yaşlı mərkəz müdafiəçisinin keçidi ilə bağlı qəti qərar verməyiblər. Almaniyalı mütəxəssis bu oyunçunun transferinin faydalı olacağını düşünür: “Belə bir oyunçu heyətimizi gücləndirə bilər. O, çox güclü futbolçudur. Üstəlik, bu keçid maddi cəhətdən də sərfəlidir. Onun üçün o qədər də böyük məbləğ tələb olunmur”.
Qeyd edək ki, legioner karyerası ərzində İspaniyanın “Real” (Madrid), “Valyadolid”, “Real Sosyedad”, İtaliyanın “Milan”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Bolton”, Yunanıstanın “Olimpiakos” kimi klublarında oynayıb. Julio Sezarın sonuncu komandası isə ötən il şərəfini qoruduğu Türkiyə təmsilçisi “Qaziantepspor” olub. Onun ən böyük uğuru isə ötən minilliyə təsadüf edib. Müdafiəçi 1999/2000 mövsümündə “Real”ın heyətində Çempionlar Liqasının qalibi olub.

0
0