Hafiz Məmmədov Çernoqoriyaya gedir
21.07.2010 - 14:22
“Bakı”nın Avroliqada II təsnifat mərhələsinin cavab oyununu izləyənlər arasında komandanın prezidenti Hafiz Məmmədov da olacaq. Apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, paytaxt təmsilçisinin rəhbəri bu gün axşam saatlarında komandasının Podqoritsa şəhərindəki düşərgəsinə çatacaq. “Bakı”nın kollektivi ilə görüşəcək komanda prezidenti sabah “Budoçnost”la keçiriləcək cavab oyununu stadiondan canlı izləyəcək.
Qeyd edək ki, “Bakı” və “Budoçnost” arasında ilk oyun 2:1 hesabı ilə futbolçularımızın xeyrinə başa çatıb.
Qeyd edək ki, “Bakı” və “Budoçnost” arasında ilk oyun 2:1 hesabı ilə futbolçularımızın xeyrinə başa çatıb.
0
0