Berti Foqtsun planları pozuldu
21.07.2010 - 14:30
Berti Foqtsun planları pozuldu
Azərbaycan milli komandasının noyabrın 17-də səfərdə Malta yığması ilə keçirəcəyi yoldaşlıq oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna maltalıların Avro-2012-nin seçmə mərhələsi çərçivəsindəki oyunlarının təqvimindəki dəyişiklik səbəb olub. Oktyabrın 12-də səfərdə Xorvatiya ilə qarşılaşmalı olan rəqibimiz həmin tarixin noyabrın 18-ə keçirilməsi üzündən yığmamızla görüşə bilməyəcək.

Qeyd edək ki, Malta – Azərbaycan oyununun nə vaxt keçiriləcəyinə hələ aydınlıq gəlməyib.

Mənbə: affa.az