Zeynal Məmmədov: Biz “Buduçnost”u böyük hesabla məğlub etməliyik
21.07.2010 - 14:47
Zeynal Məmmədov: Biz “Buduçnost”u böyük hesabla məğlub etməliyik
“Buduçnost”la oyunda qələbə gözləyirik. Özü də, böyük hesablı qələbə”. Bu sözləri apasport.az saytının Çernoqoriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində fikirlərini açıqlayan klub rəsmisi Çernoqoriyanın “Buduçnost” komandasını darmadağınını arzulayır: “Bolqarıstanın “Liteks” klubu ilə Çernoqoriya çempionu “Rudar”ın oyununu izlədim. Qonaqlar heç də bizdən yaxşı təsir bağışlamırdılar. Lakin 4:0 hesabı ilə qalib gəldilər. Niyə biz belə hesabla udmayaq? Futbolçularla söhbət etmişik. Onların hamısı qələbə həvəsi ilə alışıb-yanırlar, aqressivdirlər”.

Qeyd edək ki, “Bakı” ilə “Buduçnost” arasında caavb oyunu sabah keçiriləcək.