“Şmeltsin komandamıza keçidi mümkündür”
21.07.2010 - 15:16
“Şmeltsin komandamıza keçidi mümkündür”
“Bizə ilk növbədə hücumçu lazımdır. Buna görə də Yeni Zelandiya yığmasının üzvü Şeyn Şmeltsin klubumuza keçidi mümkündür”. Bu sözləri apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinə açıqlamasında “Bakı”nın baş meneceri Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, 33 yaşlı hücumçu Avroliqada ölkəmizi təmsil edən paytaxt komandasına yenidən təklif edilib: “Dünya çempionatında Yeni Zelandiya yığmasının şərəfini qoruyan Şeyn Şmeltsin Çin klubuna keçidi baş tutmayıb. Bundan sonra hücumçu yenidən bizə təklif edilib. Onun keçidini götür-qoy edirik”.

Qeyd edək ki, Şmelts yığmada 33 oyuna 17 qol vurub.