Milli komandamızın ilk rəqibi müəyyənləşdi
21.07.2010 - 15:29
Milli komandamızın ilk rəqibi müəyyənləşdi
Çimərlik futbolu üzrə Hollandiyada keçiriləcək “Crocs Challenge Cup” turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Den Haaq şəhərindəki yarışın ilk turu iyulun 23-də baş tutacaq. Həmin gün ilk olaraq meydana Azərbaycan və Çexiya yığmaları çıxacaq. Emil Cabbarovun yetirmələrinin oyunu Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Qeyd edək ki, Hollandiyadakı turnirdə meydan sahibləri, həmçinin ilk cütün iştirakçılarından başqa Türkiyə, Norveç, Almaniya, İngiltərə və Andorra yığmaları da mübarizə aparacaq.