“Bavariya”nın sabiq futbolçusu Azərbaycan klubundan təklif alıb
21.07.2010 - 15:50
“Bavariya”nın sabiq futbolçusu Azərbaycan klubundan təklif alıb
Bolqarıstanlı hücumçu Krum Bibişkov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Premyer Liqa klublarından ciddi təklif alıb.

Son klubu Kipr AEL-i olan Bibişkov bu təklifi nəzərdən keçirərək, qəti qarar verməyi planlaşdırır. Futbolçunun bununla bağlı paytaxtımıza gəlməsi də gözlənilir.

21 yaşadək Bolqarıstan yığmasının heyətində oynamış hücumçu Azərbaycan klubu ilə müqavilə imzalayarsa, bu onun 10-cu komandası olacaq.

Bibişkov “Pirin” (Bolqarıstan, 1998-99), “Bavariya” (Almaniya, 1999), “Levski” (Bolqarıstan, 2000-02), “Marek” (Bolqarıstan, 2002-04), “Maritimu” (Portuqaliya, 2004-06), “Liteks” (Bolqarıstan, 2006-09), “Styaua” (Rumıniya, 2009-2010) və “Akademika” (Portuqaliya, 2010) kimi klublarda çıxış edib.

Qeyd edək ki, bolqarıstanlı futbolçu Bakının 2009-cu ilin iyununda “İnter”, 2010-cu ilin yanvarında isə “Neftçi” komandalarına təklif edilmişdi.