“Simurq”un yeni transferləri məlum oldu
21.07.2010 - 16:22
Yeni mövsümə hazırlaşan Zaqatalanın "Simurq" klubu 15 futbolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Qyoko Hacıyevskinin rəhbərliyi altında çıxış edəcək bu oyunçuların hamısı yerli futbolçulardır.
Qapıçılar Fuad Əhmədov, Zabit Səfərov, Tural Abbaszadə, müdafiəçilər Rasim Ramaldanov, Rüstəm Məmmədov, Elnur Yusifov, Anar Həsənli, Elnur Abbasov, Mikayıl Rəhimov, yarımmüdafiəçilər Vasif Əliyev, Elçin Xəlilov, Azər Səfərli, Qərib İbrahimov, hücumçular Əli Bağırov və Yasin Abbasov yeni mövsümdə “Simurq”un şərəfini qoruyacaqlar. Bu oyunçuların hər biri ilə 2 illik müqavilə bağlanılıb.

0
0