“İnter” və “Bakı”nın oyunları yayımlanmayacaq!
21.07.2010 - 16:08
“İnter” və “Bakı”nın oyunları yayımlanmayacaq!
Azərbaycanlı futbol azarkeşləri “İnter” və “Bakı”nın səfərdə keçirəcəkləri qarşılaşmalarını izləyə bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Polşada keçiriləcək “Lex” – “İnter” oyunu televiziya kanallarının maraq dairəsindən kənarda qalıb. Ölkəmizdə heç bir kanal Poznandakı görüşü canlı yayımlamayacaq. Sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Çernoqoriyada keçiriləcək “Buduçnost” – “Bakı” görüşünü də telekanallarımız vasitəsilə izləmək mümkün olmayacaq.

Qeyd edək ki, bu mövsüm avrokuboklardakı səfər oyunlarının heç biri canlı yayımlanmayıb.