“Buduçnost” – “Bakı” görüşü boykot olunur
21.07.2010 - 16:45
“Buduçnost” – “Bakı” görüşü boykot olunur
“Bakı”nın Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çernoqoriyada “Buduçnost”la keçirəcəyi qarşılaşma boş tribunalar önündə baş tuta bilər. Apasport.az saytının məlumatına görə, buna azarkeşlərin görüşü boykot etməsidir.

Çernoqoriyanın ən böyük fanklubu “Varvari Podqoritsa” bütün azarkeşləri boykot etməyə çağırıb. Matçı izləməkdən imtina edən təşkilat bununla bağlı müraciət yayıb: “Bizə belə klub prezidenti, belə rəhbərlik lazım deyil. Komandamızı sevən, ona kömək edən prezidenti iş başında görmək istəyirik. Yoxsa ki, ötən mövsümün sonlarında başladığımız boykot hələ də davam edir. Dəyişikliklər baş verməsə hələ uzun müddət davam edəcək. Bəlkə də bir neçə yüz adam tribunalarda olacaq. Lakin onlar indiki rəhbərliyin yaxınlarıdır. İnanırıq ki, “Buduçnost”u ürəkdən sevənlərin heç biri arenada olmayacaq”.

Qeyd edək ki, “Buduçnost” – “Bakı” oyunu sabah keçiriləcək.