Toni Adamsın ilk qələbəsi
21.07.2010 - 21:22
Növbəti mövsümə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, Toni Adamsın yetirmələri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda “Turan”ı minimal hesabla məğlubiyyətə uğradıblar. İlk yarının əvvələrində əvəzedici komandadan əsas heyətə gələn Rəhman Musayevin qolu “Qəbələ”yə qələbə qazandırıb – 1:0.
Xatırladaq ki, bu “Qəbələ”nin ikinci sınaq matçı olub. Əyalət təmsilçisi “Neftçi”yə qarşı keçirdiyi ilk yoxlama oyununda qələbəni əldən vermişdi – 1:1.
Xatırladaq ki, bu “Qəbələ”nin ikinci sınaq matçı olub. Əyalət təmsilçisi “Neftçi”yə qarşı keçirdiyi ilk yoxlama oyununda qələbəni əldən vermişdi – 1:1.
0
0