Vaqif Cavadov “Tvente”yə lazım olmadı
22.07.2010 - 08:33
Vaqif Cavadov “Tvente”yə lazım olmadı
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu Almaniyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mişel Pryudomun yetirmələri yoldaşlıq xarakterli “Uhren Cup” turnirindəki ilk görüşündə Almaniyanın “Ştutqart” klubu ilə üz-üzə gəliblər.

Hollandiya çempionu Bundesliqa təmsilçisi qarşısında acız qalıb – 1:2. Birinci hissədə Yanko hesabı açsa da fasilədən sonra “Ştutqart” iki dəfə fərqlənərək istəyinə çata bilib. Cavadov bu matçda “Tvente”yə lazım olmayıb.

Qeyd edək ki, 21 yaşlı hücumçumuzun komandası turnirdə növbəti oyununu sabah keçirəcək. “Tvente” İspaniyanın La-Korunya şəhərinin təmsilçisi “Deportivo” ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.