Kaxaber Sxadadze: Futbolçularımız ürəklə oynadılar
22.07.2010 - 10:00
“Bu qarşılaşma həm Polşa, həm də Azərbaycandakı azarkeşlərə böyük həyəcan yaşatdı. Belə oyuna görə futbolçularıma təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib. Sxadadze Polşanın “Lex” klubunu səfərdə 1:0 hesabı ilə məğlub etməkdən razı qalsa da penaltilər seriyasındakı məğlubiyyətə üzgün olub: “Komandamızın futbolçuları bu matçda ürəklə oynadılar. Mərhələ adlamağımıza Bakıdakı ilk qarşılaşmanı uduzmağımız mane oldu. Hər iki komandanın oyunçuları bu görüşdə çoxlu güc sərf etdilər”.

0
0