“Mən Lomayanın zərbəsini gözləyirdim”
22.07.2010 - 10:16
“Azarkeşlərin bizdən narazı qalması təəccüblü deyil. Mübarizə aparsaq da, hakimin final fitinə qədər qələbəni qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun qapıçısı Krşiştof Kotorovski deyib.
Poznan təmsilçisinin futbolçusu Bakının “İnter” klubu ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bildirib: “Oyunumuzu daha da yaxşılaşdıra bilərik. Ən əsası odur ki, mərhələni keçmişik və Praqaya səfərə hazırlaşmalıyıq. Penaltilərdə nadir hallarda səhvlər olur. Mən də ümidlə rəqib qapıçının zərbəsini gözləyirdim. Elə belə də oldu. Düzdür, biz oyunun taleyini hələ matçın əvvəllərində həll etməli idik. Lakin Lomaya gözəl oynayaraq, qapısını yaxşı qoruyurdu”.
Qeyd edək ki, “İnter”in 1:0 hesabı ilə qalib gəldiyi cavab qarşılaşmasında polşalılar penaltilər seriyasındakı qələbəyə seviniblər – 9:8. Bakılıların heyətində həlledici səhvə komandanın qapıçısı Georgi Lomaya yol verib.

0
0