“Neftçi"nin əsas heyətində möhkəmlənə biləcəyəm”
23.07.2010 - 13:42
"Neftçi" Türkiyədə təlim-məşq toplanışında olsa da, futbolçusu Eşqin Quliyev komandadan ayrı düşüb. Apasport.az saytının məlumatına görə, 21 yaşadək Azərbaycan yığmasında forma geyinən yarımmüdafiəçi Bakıda zədəsini müalicə etdirir.
Futbol üçün darıxan Quliyev bildirib ki, meydana çıxmaq üçün çox darıxıb: "Neftçi"dən ayrı qalsam da, komandamın hazırlığı ilə yaxından maraqlanıram. Məşqçilərlə və futbolçularla tez-tez əlaqə saxlayıram. Müalicəm başa çatan kimi, məşqlərə başlayacağam. İnanıram ki, öz üzərimdə işləyib, "Neftçi"nin əsas heyətində möhkəmlənə biləcəyəm. Oynamaq üçün çox darıxmışam, meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Quliyev flaqmanın heyətində Avstriyadakı təlim-məşq toplanışında iştirak edib.

0
0