Azərbaycan millisinə 21 futbolçu çağırıldı
23.07.2010 - 14:11
Azərbaycan millisinə 21 futbolçu çağırıldı
Qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, iyulu 27-dən avqustun 3-dək baş tutacaq hazırlıq prosesinə qatılacaq futbolçuların siyahısı müəyyənləşib.

Yığmanın baş məşqçisi vəzifəsini icra edən Şamil Heydərov toplanışa 21 oyunçu cəlb edəcək. Bunlar Yuliya Larionova, Mətanət Cəfərova, Könül Əsədova, Pərvanə Mirzəquliyeva, Sədaqət Vəliyeva, Xəyalə Əzizzadə, Təhminə Süleymanzadə, Nərminə Məmmədova, Nigar Məlikova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Günel Mütəllimova, Məhsəti Musayeva, Nailə Bəyəliyeva, Aybəniz Əsgərzadə, Oksana Osmanova, Aygün Qırxlarova, Nərgiz Qurbanova, Sevinc Cəfərzadə, Gülyana Güvəndiyeva və Qalina Babayevadır.

Mənbə: affa.az